Azərbaycanda vəkil öldü

Abşeron vəkil Bürosunun üzvü Kamil Verdiyev vəfat edib.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, uzun müddətdir şəkərli diabetdən əziyyət çəkən hüquqşünas bir neçə gün əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, K.Verdiyev uzun müddət polis sistemində çalışıb və polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. O, 5 il idi ki, vəkil kimi fəaliyyət göstərirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.