Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, araşdırmalarla onların saxta əsginasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib.

Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.