Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır

Day.Az yeniavaz.com-a istinadla xəbər verir ki, İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 

Mehman Xəlilov (57 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəldi və erməni idmançı ilə qarşılaşdı. 

Finalda Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradan Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. 

Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. 

Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.