Alimlər 200-dən çox tədqiqat, 17 kliniki təcrübəni analizdən keçiriblər.
Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, bununla alimlər gün ərzində 3 fincan qəhvə içməyin faydalarını üzə çıxarıblar. Məlum olub ki, gün ərzində 3 və ya 4 fincan qəhvə içmək insan orqanizminə faydalıdır. Amma hamilə qadınlar və osteoporoz riski olanlara qəhvə içmək olmaz.

Araşdırmaya görə, gün ərzində 3 fincan qəhvə içən şəxslərdə diabet inkişafı, qara ciyər xəstəliyi, ürək-damar sistemi problemləri və bəzi onkoloji xəstəliklərə yoluxma riski qəhvəni çox içənlər və heç içməyənlərə nisbətən daha az olur.
Qeyd edək ki, bir müddət əvvəl aparılan təcrübə sübut edib ki, qəhvə yaşlı insanlar üçün də faydalıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.