Tovuzda evdə yanğın olub.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Bayramlı kəndində qeydə alınıb.

Tovuz rayon Bayramlı kənd sakini Aslanova Flora Kərim qızına məxsus, ümumi sahəsi 200 m² olan iki mərtəbəli, altı otaqlı və bir aynabənddən ibarət ev yanıb.

Qeyd edək ki, birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbədə üç otağın yanar konsturuksiyaları və dam örtüyü 80 m² sahədə yanıb

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisəyə səbəb elektrikdə yaranan qısa qapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!