Bu gün Kürdəmirdə ağır yol qəzası baş verib.

Day.Az Publika.az-a istinadla xəbər xəbər verir ki, Kürdəmir şəhərində "Mercedes E Class" markalı minik avtomobili traktora çırpılıb.

Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb. Zərbənin gücündən traktorun ön hissəsi parçalanaraq yolun hərəkət hissəsinə düşüb.

Qəza zamanı ölən və yaralananlar barədə ətraflı məlumat yoxdur.

Hadisə yerində çəkilmiş görüntüləri təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.