Saatlıda iki maşın toqquşdu, xəsarət alan var

Ötən gecə Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, qəza Hacıqabul-Bəhrəmtəpə yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı avtomobilləri arasında baş vermiş qəzada bir nəfər xəsarət alıb.

Hadisə nəticəsində "VAZ" markalı avtomobil yararsız vəziyyətə düşüb, yaralı şəxs isə xəstəxanaya çatdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.