Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.