Mədəaltı vəzini sağaldan şirə - 1 manata başa gəlir

Pankreatit - mədəaltı vəzin iltihabi xəstəliyidir. Getdikcə mədəaltı divarında iltihabdan nekrozlar da əmələ gəlir. 

Day.Az Medicina.az-a istinadla bu xəstəliyin dərmanı ola biləcək resepti təqdim edir.

Bunun üçün 3 ədəd kartof və 2 kökü soyub, şirəsini çıxarırsız. Bu şirəni səhərlər acqarına, yeməkdən 1 saat əvvəl içib uzanmaq lazımdır. 

Bir kurs 10 gündür. Daha sonra 1 ay fasilə verib, 1 kurs da təkrar etmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.