Giləmeyvələrin zərəri üzə çıxdı

Yay aylarında ən çox qəbul edilən qidalardan biri də giləmeyvələrdir.

Day.Az ölkə.az-a istinadən bildirir ki, bu səbəbdən mütəxəssislər diqqətli olmağı tövsiyyə edirlər.

Bir çox hallarda giləmeyvələr allergiyaya səbəb olduğu üçün ehtiyatlı olmaq lazımdır. Daha çox çiyələk allergiyaya səbəb olur. Moruq, qırmızı və ağ qarağat, firəng üzümü qaragilə daha az allergik giləmeyvə sayılır.
Giləmeyvələri yedikdən sonra dəridə qaşınma, ağızın selikli qişasında yanma, boğaz qovuşması, asqırma, qusma, qarın ağrısı, diareya, dəri səpməsi, bronxial astma vəs. üzə çıxa bilər. Bunun səbəbi isə allergik reaksiyadır.

Bu tip insanlar isə giləmeyvələri kompot və ya mürəbbə kimi qəbul edə bilərlər. Həkimlər vurğulayırlar ki, allergiya əsasən uşaqlarda üzə çıxa bilər. Bunun səbəbi isə orqanizmdə ferment çatışmazlığı və mədə-bağırsaq problemi ola bilər. Yaş ötdükcə uşaq bu qidaları daha asan qəbul edir və allergiya yoxa çıxa bilər. 1 yaşa qədər uşaqları giləmeyvələrdən uzaq saxlamaq lazımdır.