SON DƏQİQƏ! Ankarada xəstəxana təxliyə edilir

Ankarada "Zübeyde Hanım" xəstəxanası təxliyə edilir.

Day.Az Trend-ə istinadla xəbər verir ki, təxliyəyə səbəb xəstəxanada kimyəvi məhlul sızması olub.

Hazırda hadisə yerinə müvafiq xidmət əməkdaşları cəlb edilib. Xəsarət alanlar barədə məlumat verilmir.

Hadisənin hansı səbəbdən baş verməsi və başqa detallar açıqlanmır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.