Moskva ətrafında bir ailənin 4 üzvü göbələkdən zəhərlənib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, ailə üzvləri yığdıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər.

İlkin olaraq 65 yaşlı nənə və 3 yaşlı nəvə xəstəxanaya yerləşdirilib. Daha sonra onlar helikopterlə təcili Moskvaya çatdırılıblar. Azyaşlının hələ də reanimasiya şöbəsində olduğu qeyd edilir.

Digər zəhərlənən şəxslər 67 yaşlı kişi və 19 yaşlı qızın vəziyyətləri orta ağır qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.