"Real"ın yeni transferinin halı pisləşdi, konfrans yarımçıq qaldı

"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim edilib. Sonra jurnalistlərin qarşısına çıxan Militao qəfil özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayıb və zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro ödəməklə "Portu"dan alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.