Adriana yenə türk sevgili tapdı, Metin ayrılıqdan yazdı

Dünyaca məşhur model Adriana Limanın keçmiş türk sevgilisi, yazar Metin Hara uzun fasilədən sonra ilk dəfə ayrılıqları barədə danışıb. 

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ayrılıq haqda yazan Hara fikirlərini duyğusal sözlərlə ifadə edib: "Nə olursa-olsun, insanlar münasibətlərdə bir-birinin qonağıdır. Həyatda da belədir...İki həftə əvvəl məndən cəmi 1-2 yaş böyük olan dostumu itirdim. Həqiqətən, həyatda da qonağıq". 

Daha sonra yazar hər bir münasibətdə başlanğıc kimi ayrılığın da olduğunu qeyd edib: "Münasibətlərin hər zaman gözəl sonluqla bitməsini gözləmək də doğru deyil. Başladığı kimi sonlanması da normaldır. Bu mövzuda yetişkin olmaq lazımdır. Əlbəttə, insanın bunu duyğularına izah etməyi elə də asan olmur".

Onu da qeyd edək ki, Metin Haranın bu fikirləri səsləndirməsi Adrina Limanın yeni türk sevgilisi, iş adamı Emir Uyarla görüntülənməsindən sonraya təsadüf edib.



Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.