Qarşımıza ağılsızlar çıxmazsa... – Hadisədən ismarış

Məşhur müğənni Hadisə Zonquldağ vilayətinin Qaradəniz Ərəğli mahalında konserti zamanı keçmiş sevgililərinə ismarış göndərib.

Day.Az Teleqraf.com-a istinadla xəbər verir ki, "Evlənməliyiz" mahnısını ifa edərkən, sənətçinin mikrofonla söylədiyi sözlər maraqla qarşılanıb.

Hadisə keçmiş sevgilisi Sinan Akçılın müəllifi olduğu mahnını oxuyarkən "Qarşımıza ağılsızlar çıxmazsa, evlənəcəyik" cümləsini işləyib.

Onun bu fikirləri vaxtilə eşq yaşadığı Akçıla ünvanladığı ehtimal edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.