Makqreqor Nurməhəmmədovla döyüşə görə nə qədər qazanıb?

Qarışıq üslublu (MMA) döyüşçü Konor Makqreqor 2018-ci ildə təqribən 47 milyon dollar qazanıb.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Forbes" jurnalının hesabatında deyilir.

Keçmiş UFC çempionu dağıstanlı Həbib Nurməhəmmədovla keçirdiyi döyüşə görə təqribən 30 milyon dollar (zəmanətli qonorar və ödənişli yayımlara görə bonuslar) əldə edib.

İrlandiyalı, həmçinin "Reebok" ilə müqavilə üzrə beş milyon dollar qazanıb. "Proper" viskisinin satışından əldə edilən gəlirlər də ümumi qazanca daxil edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.