Abşeronda “Geely” yanıb

Abşeron rayonunda "Geely" markalı minik avtomobilinin idarəetmə lövhəsi və salon hissəsi yanıb.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.