Yük maşınından çıxan təkər balaca uşağa çırpıldı

İstanbulda yük maşınından çıxan təkər balaca uşağa dəyib.

Day.Az Avtosfer.az-a istinadla xəbər verir ki, insident Arnavutköy rayonunda qeydə alınıb. Məlumata görə, Haraççi Sazlıbosna küçəsində yük maşınından çıxdığı təxmin edilən təkər səkidə anası ilə birlikdə dayanan balaca uşağa çırpılıb. Baş verən hadisənin görüntüləri isə arxadan gələn bir nəqliyyat vasitəsinin təhlükəsizlik kamerasına düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.