Bakıda qəza: “BMW” qəfil sağa döndü, motosikleti vurdu

Bu gün günorta saatlarında Bakıda baş verən qəza kameralara düşüb. 

Day.Az oxu.az-a istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Videodan görünür ki, orta zolaqda hərəkət edən "BMW" markalı avtomobil qəflətən sağa dönür və arxadan gələn motosiklet ona çırpılır.

Hadisə nəticəsində motosiklet sürücüsü bir neçə metr kənara düşür. Qəza zamanı o, yüngül xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.