Müğənni Sevda Sanəliyeva "5/5" verilişinin qonağı olub.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal sənətçiyə həyat yoldaşı Cəmillə boşanması haqda suallar ünvanlayıb.

Sevda aparıcının "Ərin səndən ayrılıb, getdi ailəsinin yanına? Niyə ayrıldın? Onsuz bütün efirlərə gedib danışırsan. Bu, hamının başına gələ bilər. Ailə ola da, olmaya da bilər. Bunu niyə gizlədirsən ki... Arvadının, yoxsa anasının yanına qayıtdı" kimi suallarına cavab verməməyə çalışıb:

"Yeni mahnılar yazdırmışam, sentyabrdan hamı görəcək. Anam məni tək böyüdüb. Qızlar analarının bəxtini yaşayır. Anam məni necə böyüdübsə, övladlarımı elə böyüdəcəm. Anam güclü qadın olub. Təəssüf ki, bunu anam rəhmətə gedəndən və ana olandan sonra başa düşdüm".

Müğənni uzun müddətdir atdığı rəqs sənətinə geri qayıtmaq istədiyini bildirib:

"Bu yaxınlarda Tolikin verilişində istədim rəqs edim, alınmadı. Hələ o psixologiyadan çıxmamışam. İndi də oğlum gözümün qabağına gəlir. Heç vaxt özüm üçün yaşamadım. İndi də övladlarım üçün yaşayıram".

Sənətçi bir müddət əvvəl sənətdən getmək istədiyini deyib:

"Əvvəl düşünürdüm gedim sənətdən. 13 yaşımdan çalışıram. İndi deyirəm ki, nə qədər tələb olunuram çalışacam. Uşaqlarıma gələcək quracam. İstəmirəm onlar mənim həyatımı yaşasınlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!