Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər.

Verilən məlumata görə, qəza Biləcəri qəsəbəsinin girişində, "Sarı market"in qarşısında baş verib.

Belə ki, KamAZ markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!