"Barselona"nın futbolçusu Lionel Messi "ilin futbolçusu" seçilib və ESPY mükafatına layiq görülüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qadın futbolçulardan ibarət ABŞ millisi "ilin komandası" mükafatını qazanıb. Aleks Morqan "ilin qadın idmançısı", Samanta Kerr isə "ilin qadın futbolçusu" seçilib.

Daha əvvəl ESPN, hazırda isə ABC telekanalı tərəfindən verilən ESPY mükafatının qalibləri müəyyənləşdirilərkən müxtəlif nominasiyalar üzrə mütəxəssislərin onlayn səsverməsinin nəticələri nəzərə alınır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!