Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təlim uçuşu zamanı təyyarənin mühərriki dayanıb.

Hadisə nəticəsində pilotlardan biri həlak olub, digəri isə ağır xəsarətlər alıb.

Təyyarə boş əraziyə düşdüyü üçün digər fəsadlar qeydə alınmayıb. Faktla bağlı araşdırma başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.