Müğənni Günel Zeynalova atası Rəhman Zeynalovun doğum gününü İnstaqramda təbrik edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailə fotolarını paylaşan ifaçı atasının şəninə xoş sözlər yazıb:

"Ailə demək hər şey deməkdir. Hər qızın bir qəhrəmanı var həyatda. Dostumdur, dərdləşdiyimdir, səhnə yoldaşımdır. Allah səni bizə çox görməsin. Ailənizin dəyərini bilin. Doya-doya vaxt keçirin".

Qeyd edək ki, Günelin paylaşdığı şəkillərdə anası, qardaşı Tunar və onun həyat yoldaşı da yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!