"Sevilya" "Qalatasaray"ın futbolçusunu transfer etdi

İspaniyanın "Sevilya" klubu daha bir transfer reallaşdırıb.

Milli.Az xəbər verir ki, əndəlüsiyalılar Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Fernandonu transfer edib. La Liqa klubu 31 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi üçün 4 milyon avrosundan keçib.

Braziliyalı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İspaniyaya yollanıb.

Fernando "Qalatasaray"a 2017-ci ildə "Mançester Siti"dən keçmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.