19 yaşlı qızı maşın vurdu, yüngül xəsarətlə qurtuldu

Nərimanov rayonunda avtomobil piyadanı vurub.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə "Metropark" ticarət mərkəzinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Rüstəmli Ramilə Osman qızını vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sağ qabırğaların əzilməsi diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.