Məşhur dünya ulduzu Meray Keri şəxsi həyatı barədə açıqlamalar verib.

Day.Az ölkə.az-a istinadəb xəbər verir ki, Keri müsahibəni "Cosmopolitan" jurnalına verib.

"Mənim həyatımda elə də çox kişi olmayıb. Olanlar da çox fərqli insanlar olub. Həyatım boyu cəmi 5 kişi ilə görüşmüşəm. Bir çoxları ilə müqayisədə mən daha sadə və abırlıyam", - Meray bildirib.

Meray Keri ulduz olmağın çətinliyindən də danışıb:

"Onlar başa düşə bilmirlər ki, mən nələrdən keçmişəm. 18 yaşım olanda artıq şirkətlə müqavilə bağlamışdım. O zaman "YouTube" yox idi, sosial şəbəkələr yox idi. İndi çoxu deyir ki, mahnı yazıram. İnciməsinlər, yaza bilmirlər. Bir çox qız, sadəcə, soyunmağı bacarır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

30%-dək olan cashback-dən indi yararlanın