Bu dəfə akula balığa yem oldu

Bu dəfə balıq akulaya yox, akula balığa yem olub. 

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, dənizin dibindən nadir görüntüləri "CNN" portalı yayımlayıb.

Videodan aydın görünür ki, ondan çox akula ölü balığın cəsədini yeyir. Gözlənilmədən kadrda balaca akulalardan birini udan "polipron" balığı peyda olur. Onun ağzından yalnız akulanın quyruğu görünür.  

Sözügedən görüntülər sosial şəbəkələrdə saysız-hesabsız bəyənmə və şərh toplayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.