“Vito” sürücüsündən təhlükəli hərəkət: sürətli yolda ayağını pəncərədən çıxardı

Azərbaycandakı magistral yollardan birində "Mersedes Vito" markalı avtomobilin sürücüsünün təhlükəli hərəkətləri kameraya düşüb.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

99-RB-822 dövlət nömrə nişanlı maşının sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb. 

Sürücünün bu hərəkətləri sosial şəbəkədə haqlı narazılıqla qarşılanıb. 

Qeyd edək ki, bir neçə gün öncə Bakıdan Lerikə sərnişin daşıyan "Mersedes Vito" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində səkkiz nəfər ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.