Döyüş təyyarəsi qəzaya uğradı: pilot həlak oldu

Tailandda döyüş təyyarəsi qəzaya uğrayıb.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, "Aero L-39" təyyarənin təlim uçuşları zamanı qanadı qırılıb.

Nəticədə, pilotlardan biri həlak olub. Digəri isə uçan oturacaq sayəsində xilas olub.

Tailand Kral Hava Qüvvələrinin mətbuat katibi Pngsak Semaçayi hadisəni təsdiqləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.