Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.

Day.Az Trend-ə istinadla xəbər verir ki, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma uzun müddətdir davam edir və bu ölkədə fəsadlara yol açır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

30%-dək olan cashback-dən indi yararlanın