Pınar hamilədir?

Ailəsi ilə Bodrumda istirahət edən aktrisa Pınar Altuğ haqqında yeni iddia ortaya atılıb.

Day.Az ölkə.az-a istinadən bildirir ki, aktrisanın bikinidə fotoları onun hamilə olduğu barədə iddiaların yaranmasına səbəb olub. Aktrisa isə məsələ ilə bağlı açıqlama verib.

Türk mətbuatının xəbərinə görə, Pınar bir gün əvvəl Bodrumun Yalıkavak səmtində dənizdə üzüb. Onun böyük qarnını görənlər "Suya bacı və ya qardaş gəlir?" sualını səsləndiriblər. Pınar isə hamilə olmadığını deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.