Bakıda güclü yanğın -SON DƏQİQƏ

Paytaxtın "Şamaxinka" deyilən ərazisində güclü yanğın baş verib.

Day.Az Yenicag.az-a istinadla xəbər verir ki, yanğın boş bağ sahəsində baş verib Hadisə şahidlərinin dediyinə görə, yanğına siqaret kötüyü səbəb olub.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürüləndən sonra havanı qatı tüstü bürüyüb.

Bağ ərazisinin Cəfər Cabbarlı adına Kinostudiyaya məxsus olduğu deyilir.

Hadisə yerindən fotoları və videonu təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.