Malasana adlı qədim bir yoqa texnikası qadın bədəni və sağlamlığını inanılmaz dərəcədə yaxşılaşdırır.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, gündə bir neçə dəqiqə belə bir məşq etsəniz, bədəniniz sizə təşəkkür edəcək.

Məşq bir çox cəhətdən effektlidir: piyləri parçalayır, qarın boşluğunda daxili orqanları canlandırır, həzm sistemini sürətləndirir, bağırsaqların fəaliyyətini stimullaşdırır və qarın nahiyəsindəki piyləri əritməyə kömək edir.

Malasana beyinə də müsbət, canlandırıcı və sakitləşdirici təsir göstərir. Lakin daha çox menstruasiya dövründə qadınlara etmək daha çox tövsiyə edilir, bu məşq onu tənzimləyir, menstruasiya nasazlıqlarını aradan qaldırır və aybaşılar zamanı ağrıları yüngülləşdirir.

Ümumiyyətlə, bu poza çox effektli təsirlərə malikdir. Odur ki, hər gün təxminən 15-30 dəqiqə şəkildə göstərilən pozada dayanın. Bir qədər fasilə verdikdən sonra pozanı təkrarlamaq olar. Əgər dizlərdə və ya kürəkdə kəskin ağrılar hiss etsəniz, pozadan çıxın.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!