Ağıllı telefon bazarının ən önəmli markalarından olan "Apple" 2020-ci ildə yeni "iPhone" modelləri ilə istifadəçilərinin qarşısına çıxacaq.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, "JPMorgan" tərəfindən yayımlanan hesabata görə, şirkət gələn il "iPhone" satışlarını 195 milyon səviyyəsinə çıxarmağa çalışır. Bu da 2019-cu il üçün hədəflənən 180 milyonluq rəqəmdən 8,5 dəfə çoxdur.

Bəs "Apple" bu artımı necə təmin edəcək?

İddialara görə, "Apple" 2020-ci ildə 4 yeni "iPhone" modeli ilə texnologiya həvəskarlarını sevindirəcək.

Ötən il bazara çıxarılan "iPhone XS", "XS Max" və XR modellərinin yeni versiyaları 2020-ci ildə rəflərdə olacaq. Bundan əlavə, 4-cü modelin satışa çıxarılması da gündəmdədir. İddialara əsasən, 4-cü model 5G dəstəkli olacaq. Lakin bəzi mənbələr bu modelin digərlərinə nisbətən daha ucuz olacağını deyir.

Bütün bunlara baxmayaraq, şirkətin "iPhone" modellərinin dizaynını dəyişdirməməsi narazılıq doğurur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!