ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar selə səbəb olub.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində bir hamilə qadın və 8 yaşlı oğlu ölüb.

Onlar sel sularının yoldan çıxardığı avtomobildə cansız halda tapılıb.

Milli Meteorologiya İdarəsi Şərqi Pensilvaniyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edib.

Sel yolları bağlayıb. Çaylarda suyun səviyyəsi kəskin şəkildə artıdığına görə daşqınlar baş verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!