Kosmetikanı saxlama qaydaları haqda doğru bildiyimiz yanlışlar

Sevimli tuşumuzun içərisinə biraz su əlavə edərək onun ömrünü uzada bilərik.

Dırnaq boyası soyuducuda daha uzun müddət qalır.. Açılmış və bir hissəsi istifadə olunmuş günəşdən qoruma vasitəsi isə gələn il də işimizə yaraya bilər... Kosmetika haqda bu və digər bu kimi doğru bildiyimiz yanlışlar dərimizi və sağlamlığımızı təhlükə qarşısında qoyur. Gözəllik vasitələrindən istifadə zamanı nələri etməməliyik? Bu haqda "Roskontrol" ekspert portalının mütəxəssislərinin fikirləri çox maraqlıdır.

İstifadə müddətinin sonunadək saxlamalı

Dodaq parıltısının üzərində açıldıqdan sonra 6 ay ərzində yararlı olmağı ilə bağlı məlumat yazılıbsa belə, bu o demək deyil ki, bu məhsul məhz 182 gün yarımdan sonra yararsız hala düşəcək . Kremlərdə, dodaq boyası, tuş və digər kosmetik vasitələrdə X (iks) saatı daha əvvəl də vura bilər. Əgər konsistensiyasında dəyişiklik, yapışqanlıq, bayatlama və xoşagəlməz qoxu hiss edirsinizsə, istifadə müddətinə belə baxmadan dərhal zibil qutusuna atın, çünki o vasitə artıq ömrünü başa vurmuşdur deməkdir.  Bu qayda quru vasitələrdən başqa bütün dəriyə qulluq və dekorativ kosmetik vasitələr üçün keçərlidir. Dodaq boyasının orta hesabla iki il saxlama müddəti var, amma o, bu müddətdən çox tez xarab olur, çünki bu vasitə dodaqda olan bir ordu bakteriya ilə təmasda olur. Əgər belə vasitədən istifadəyə davam etsəniz, onda iltihabi xəstəliklərə yaxalanmanız qaçılmaz olacaq.

Vanna otağını kosmetika çantasına çevirmək

Qadınların əksəriyyəti adətən vanna otağında bəzənir. Əlbəttə, bütün bankaları əlinin altında hiss etmək tez-tez hansınınsa ardınca digər otağa qaçmaqdan əlverişlidir. Ancaq saxlama qaydalarına fikir vermədən bəzi qadınlar bu yolla allergiya və digər dəri xəstəliklərinə yaxalanırlar. İsti və rütubətli hava xəstəlik törədən mikroorqanizmlərin çoxalması üçün şərait yaradır, bu səbəbdən də vanna otağındakı krem günəşin altında qalmış meyvə kimi xarab olur. Əgər kosmetikanızın "qıcqırmasını" istəmirsinizsə, onu otaq temperaturunda, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.

Soyuducuda saxlamaq

Kosmetikanı soyuducuya nə üçün qoymaq lazım olduğu və bunu kimin icad etdiyi qəti olaraq məlum deyil. Burda yeganə məntiqli fikir odur ki, ərzaqlar xarab olmursa, deməli, dırnaq boyası və tuş da xarab olmayacaq. Lakin temperatur dəyişiklikləri və termometrin çox aşağı göstəricisi kosmetik vasitələrə günəş və nəmlikdən heç də az zərər vermir. Həmçinin də onların korlanmasını təmin edir. Soyuducuda ancaq konservantsız orqanik kosmetikanı (əks halda o, doğrudan xarab olacaq), termal suyu və soyuducu təsirli vasitələri, məsələn, gözlərdəki şişkinliyi aradan qaldırmaq üçün olan maskaları saxlamaq olar və həmçinin lazımdır.

Ağzını qapatmamaq

Hamımız səhər harasa tələsirik və çox zaman tələsik halda kirşan qabının qapağını örtməyi və ya krem qabının qapağını sonunadək bağlamağı unuduruq. Sonra da sızanaqlara qarşı losyonun özünün dərimizdə necə sızanaq əmələ gətirdiyinə təəccüblənirik. Ağzı yaxşı bağlanmamış vasitəyə asan şəkildə toz dənəcikləri, bakteriyalar və hava daxil olur. Mikroblara da bizim kimi, yaşam üçün hava lazımdır və bu hava peyda olanda onlar asan şəkildə törəməyə başlayırlar. Belə olduqda da  krem xeyirli bir vasitədən təhlükəli vasitəyə çevrilir.

Su əlavə etmək və qarışdırmaq

Kosmetikanın ömrünü uzatmağa çalışmaq vərdişi bir çox qadınlarda yaxşı tuş tapmağın çətin olduğu uzun illərdən bəri var. Bu metodu qadınlar adətən məhz tuşda və dırnaq boyasında tətbiq edirlər. Tuşa su və ya ətir əlavə edirlər, dırnaq boyasına isə bu boyanın silinməsi üçün olan mayeni... Hər iki halda bu çox yanlışdır. Su tuş qabında mikrobların inkişafı üçün şərait yaradacaq. Ətir də bu halda çıxış yolu deyil, bu, dəridə allergiya və qıcıqlanma əmələ gətirə bilər. Dırnaq boyası isə bir dəfə üçün "canlanacaq", sonra isə quruyacaq, sizin dırnaqlarınız isə belə sınağı uzun müddət xatırlayacaq. Əgər kosmetik vasitə quruyubsa, onda yenisini almaq lazımdır. Yeri gəlmişkən, tuş cəmi üç ay "yaşayır".

Əllə toxunmaq

Sizcə, gözəllik salonlarında əbəs yerə şpateldən istifadə edirlər? Maskalar, kremlər, bankalardakı qellər barmaqlarla birbaşa təmasda olmadıqda (hətta əllər təmiz olsalar belə) daha çox və daha keyfiyyətli şəkildə saxlanılır. Bankaya barmaqlarımızı salmaqla orada mikroblar qoyuruq və sonra həmin mikroblar dərimizə təmas edir.

Harada gəldi saxlamaq

Çox tez-tez sevimli, xoş qoxulu ətirlərimiz öz gözəl xüsusiyyətlərini itirir və başqa cür qoxumağa başlayırlar. Bu hansı səbəbdən baş verir? Axı parfümeriya dekorativ və qulluq vasitələrəinə nisbətən daha uzunömürlüdür? Bu vasitədə nə qədər çox spirt varsa, bir o qədər də öz xüsusiyyətlərini saxlayır. Tualet suyu stolun üstündə illərlə öz ətrini itirmədən qala bilər, ancaq konsentrasiya olunmuş ətir tez korlanır. Bunun səbəbi ətirlərdə böyük miqdarda olan efir yağlarındadır. Əgər belə bir baloncuğu təbii işıq şüaları ilə işıqlanan bir otaqda qoysaq, o zaman günəş şüaları altında yağlar ayrılmağa başlayacaq.

Yumamaq

Quru kosmetik vasitələr - göz kölgələri, ənlik və digər gözəllik ləvazimatları çox müddət saxlana bilərlər, əgər özümüz onları məhv etmiriksə... Göz kölgəsini fırça ilə, kirşanı isə süngərlə üzünüzə çəkin. Bu alətləri yumağı unutmayın və bunu ayda bir dəfə ümumi təmizləmə zamanı deyil, həftədə azı iki dəfə edin. İdeal variant isə fırçalarınızı, süngər və digər alətlərinizi hər gün sabun məhlulunda yumaqdır.

Ehtiyat ləvazimatı saxlamaq

Bir çoxumuz tətildən günəşdən qoruyan vasitənin yarıboş qabı ilə qayıtmışıq. Onu atmağa heyfimiz gəlib, axı o, bizə ucuz başa gəlməyib. Ancaq unutmayın ki, kosmetikanı nə qədər yaxşı şəraitdə saxlasanız da, günəşdən qoruyucu effektə malik vasitələr il ərzində öz xüsusiyyətlərini itirir və buna görə onları saxlamaq mənasızdır.  Onlar tamamilə təsirsiz ola bilər və siz günəş şüasından yana bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.