Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi

Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Day.Az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, aeroport yolunda baş verib.

Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə "VAZ-2107" markalı avtomobili arxadan vurur.

Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.