Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, qəza Xoyski prospektində tunelə girişində qeydə alınıb. Üzü Koroğlu-Rəhimov küçəsi istiqamətində iki nəqliyyat vasitəsi toqquşub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda Gənclik Mall istiqamətində tunelə girişdə sıxlıq müşahidə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.