Bu içkilər xərçəng riskini artırır – ALİMLƏR ORTAYA ÇIXARDI

Bu içkilər xərçəng riskini artırır. 

Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.
 
Day.Az Medicina.az-a istinadən xəbər verir ki, Sorbonne Universitetinin alimlərinin araşdırmasına görə, şəkərli içkilər, hətta 5 faiz şəkər ehtiva edən meyvə şirələri belə xərçəng riskini yüksəldir.

 
 
Bura eneji içkiləri, meyvəli süd, şəkərli çay, qəhvə və s. daxildir.  Sözgedən araşdırma üçün mütəxəsislər 100 mindən çox insanı 5 il izləyib. Bu araşdırmada yuxarıda qeyd olunan nəticə əldə edilib.
 
Sonda iştirakçılardan min nəfərdən 26-da xərçəng izinə rast gəlinib. Elm adamları şəkərli içkilərin xərçəng riskini artırmasının səbəbinin qanda şəkərin miqdarının çoxalması ilə əlaqələndiriblər. Lakin alimlər bu istiqamətdə daha çox araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.