Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı

Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var.

Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.