Bakıda avtomobil ağaca çırpıldı: sürücü öldü

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Paşa Qəribzadə idarə etdiyi "Honda" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.