Qarpızı zəhərə çevirən nədir?

İsti yay günlərinin əvəzolunmaz sərinlədicilərindən olan qarpızın artıq iki aya yaxındır satışı həyata keçirilir və alıcısı da kifayət qədərdir. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, istehlakçıların böyük əksəriyyəti aldığı qarpızın sadəcə qiymətinə, dadına və rənginə önəm verir, bu məhsulun tərkibi - zəhərləmə ehtimalı barədə isə çox az insan maraqlanır.

Sakin: "Əlimizlə sıxırıq, əgər o möhkəm şıkkıltı varsa, deməli yaxşıdır".

Sakin: "Vallah gözə yarı baxıram".  

Bu məlumatsızlıq isə bəzi hallarda alıcıya baha başa gəlir. Mütəxəssislər deyir ki, qarpız alarkən onun rəngindən çox keyfiyyətinə önəm verilməlidir. Hətta məhsuldan istifadə etdikdə belə bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Məsələn, qarpız kəsildikdə dərhal yeyilməli, qalan hissəsi isə hətta soyuducuda belə saxlanılmamalıdır. Çünki bu məhsul digər meyvə-tərəvəzlə müqayisədə daha çox zəhərlənməyə səbəb olur.

Adil Qeybulla: "Gübrələr verilir onların tez yetişdirilməsi üçün və bu gübrələrdə onların tərkibində komilyasiya yaradır, yəni onların verilmə dərəcəsi olmalıdır. Bir də qarpızın, yemişin vaxtından əvvəl yetişdirilməsi məqsədi ilə vurulan pesisitlər də öz işini görür. Qarpız kəsilərkən onun tərkibinə baxmaq lazımdır, içərisində çoxlu görünən ağ zoğlar varsa, onu yemək məqsədə uyğun deyil".

Mütəxəssislər deyir ki, məhsulun becərilməsi zamanı aqrotexniki qaydalara düzgün əməl edilərsə, yəni bitkiyə mineral gübrələr normadan artıq vurulmazsa məhsul heç bir halda zəhərlənməyə səbəb ola bilməz.

Ramiz Kərimov - Fermer: "Çoxlu gübrədən istifadə olunsa, yüksək dərəcədə dozada istifadə olunsa qarpızın keyfiyyətində müəyyən qədər problem yaradar".

İlqar Kərimov - Fermer: "Gübrədən çox istifadə edildiyində o hallar baş verə bilər, mən buradan bütün fermerlərə üz tutub deyirəm ki, gübrələrdən az istifadə edin, sadəcə yeri düzgün seçilsə məhsul bol olar, gübrəyə ehtiyac az olar".

Məlumata görə, mövsümün yeni başlamasına baxmayaraq artıq qarpızdan zəhərlənmə üzrə bir neçə hadisə qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.