Bakıda ağır yol qəzası - minik avtomobili yük maşını ilə toqquşdu, 2 nəfər...

Bir qədər əvvəl Xocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.