Şəkidə yaralananlarla bağlı

Səhiyyə Nazirliyi Şəki şəhərində Xan sarayının həyətində çinar ağacının sınaraq insanların üzərinə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.