Bakı-Qazax yolunda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə yolun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. İki yük avtomobilinin toqquşması nəticəsində onların üzərində olan yüklər yola dağılıb, üç nəfər isə xəsarət alıb.

Hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara ilkin tibbi yardım göstəriblər. Onlardan ikisi hadisə yerindən ambulator müalicəyə yola salınıb, bir nəfər isə başından xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatıdırıb.

Xəstəxanadan verilən məlumata görə, o, 1948-ci il təvəllüdlü Nəsibov Əziz Veyis oğludur, ona başın yarığı diqanozu qoyulub.

Ə.Nəsibova tibbi yardım göstərildikdən bir qədər sonra ambulator müalicəyə göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.