Bakıda qəza - iki "Hyundai" bir-birinə girdi

Bakıda iki "Hyundai" toqquşub.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə Statistika dairəsi yaxınlığında, Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza törədən avtomobillər piyada səkisinə də ziyan vurublar.

Qeyd edək ki, avtomobillərdən biri özəl şirkətə məxsus olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.