Xəzər rayonunda iki avtomobil toqquşub, sürücü yaralanıb.
Day.Az "Ölkə.Az"a istinadla bildirir ki, hadisə Türkan qəsəbəsində baş verib.

"Niva" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 21099"un sürücüsü 1995-ci il təvəllüdlü Əliyev Qasım Bədəl oğlu yaralanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

30%-dək olan cashback-dən indi yararlanın