Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun

Qovrulmuş sarımsaq tərkibindəki minerallar və vitaminlər sayəsində immun sistemini gücləndirir. Orqanizmin zəifləməsindən yaranan xəstəlikləri tezliklə sağaldır. Saçların sağlamlığı üçün ən çox istifadə edilən bitkidir. İki diş sarımsaqla bədəni yeniləmək mümkündür.
 
6 diş sarımsaq yesəniz...

Day.Az medicina.az-a istinadən bildirir ki, qovrulmuş sarımsaq yedikdən sonra 1 saat ərzində orqanizm həzmə adaptasiya olur. Yediyiniz 6 diş sarımsaq yaxşıca həzm olacaq. Nəticədə bədən qidalanmış vəziyyətə gələcək. Bu zaman sərbəst radikallarla mübarizə başlayır. 4 saat müddətində bütün bədən sarımsağın faydalı maddələrini sovurmağa başlayacaq. Xüsusi ilə bu bitkinin anti-oksidant özəlliyi özünü sürətli şəkildə biruzə verər. Bu sayədə bədən bir çox xəstəliklərdən qorunmağa başlayacaq. Sarımsaq o qədər güclü anti-oksidantdır ki, yedikdən 5 saat sonra xərçəng hüceyrələri ilə belə güclü mübarizə aparır.

Yağ yandırmağa başlayır

4-6 saat arası: orqanizmdə faydalı maddələr nizam yaradır yağlar yandırılır. Təzyiq və xolesterin kimi bədənin balansda saxlanması lazım olan normaları qorunur. Artıq maye bədəndən xaric edilir.

6-7 saat arası: bədəndəki bakteriyalara qarşı güclü mübarizə aparır. Yorğunluq hissini aradan qaldırır.
 
7-24 saat arası: sarımsaq yedikdən 10 saatdan sonra daha böyük təsir gücünə yiyələnir. Belə ki, damarları tozsoran kimi təmizləyir, ürək-damar problemlərinə qarşı qoruyucu rol oynayır. Qan təzyiqini və buna bağlı olan bütün problemləri nizamda saxlayır. Xolestreni balansda saxlayır. Bədənin qorunma mexanizmini gücləndirir. Sümüklərin zəifləməsinin qarşısını alır. Sağlam hüceyrələrin ömrünü uzadır.
 
Hazırlanma qaydası

Gün ərzində 6 diş sarımsaq yeyin. iti bıçaqla baş hissəsini kəsin və bütöv formada bir qabın içinə qoyun. Birbaşa sobaya yerləşdirin. Rəngi dəyişənə kimi gözləyin, yumuşalmasına da diqqət edin. Bu qədər bəsit prosedurdan sonra soyuması üçün kənara qoyun. Daha sonra qabıqlarını soyub yeyə bilərsiniz.
 
Vacib qeyd: 24 saat ərzində bədəninizdə bütün bu sadaladığımız müsbət təsirləri görmək istəyirsinizsə, gün ərzində qidalanmanıza fikir verməlisiniz. Qovrulmuş sarımsaq yedikdən sonra, bol-bol su için. Təzə tərəvəz, meyvə və göyərti qəbul edin. Həmçinin asan həzm olunan, yüngül yeməklərə üstünlük verin. Şəkərli və duzlu məhsullardan o cümlədən emal olunmuş qidalardan uzaq olun!