Hacıqabulda qəza: 3 qadın, 1 kişi xəstəxanalıq oldu

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Hacıqabul ərazisində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək aşıb. Avtomobildə 3-ü qadın, biri kişi olmaqla 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralananlar ilkin tibbi yardım alırlar. Onların xəsarətləri hələlik tam bəlli deyil.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.